Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Milli Məclisdə mərhum deputatların xatirəsi yad edildi...

Baxılıb: 1 417     Tarix: 02-10-2023 11:38   

“Ötən sessiya Milli Məclisdə itkilər oldu, kədərli hadisələr baş verdi”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova payız sessiyasının ilk plenar iclasında bildirib.
“İyulun 14-də Milli Məclisin ən təcrübəli deputatlarından Madər Musayev dünyasını dəyişdi. Sentyabrın 28-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva haqq dünyasına qovuşub. Qənirə Paşayeva Milli Məclisin qanunvericilik və qanunyaratma prosesində yaxından iştirak edib. Mərhum həmkarlarımız haqqında düşünərkən Azərbaycan ziyalılarının nurlu obrazları canlanır. Qənirə Paşayeva beynəlxalq əlaqələrdə yaxından iştirak etməklə yanaşı, seçicilərin rəğbətini qazanmışdı”, - deyə spiker vurğulayıb.
Spiker təklif edib ki, Qənirə Paşayeva və Madər Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
Mərhum millət vəkillərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əbdülqəni Hüseynov
Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}