Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Tərəfsiz vasitəçi” maskasını çıxarmış Fransadan nə desən gözləmək olar”

Baxılıb: 943     Tarix: 27-10-2023 11:57   

Milli Məclisin deputatı Elnur Allahverdiyev Fransa və Ermənistan mədəniyyət nazirlərinin Azərbaycan ərazisindəki tarixi abidələri müzakirə etməsinə sərt münasibət bildirib.
Qanunvehedef.az xəbər verir ki, deputat sosial şəbəkə hesablarında etdiyi paylaşımda yazıb:
“Ermənistanda səfərdə olan Fransanın mədəniyyət naziri Rima Abdul-Malak yerli həmkarı Janna Andreasyanla Azərbaycan ərazisindəki “erməni mədəni irsinin aqibətini” müzakirə ediblər. Abdul-Malak bildirib ki, ölkəsi peyk çəkilişləri vasitəsilə Qarabağda olan “erməni tarixi-mədəni irsi”nin şəkillərini çəkib və baza yaradıb ki, gələcəkdə bu obyektlərdə edilə biləcək “dəyişikliklər”dən daha məlumatlı olsun. Bunun “ən vacib məsələ” olduğunu deyən Abdul-Malak məsələni diqqətdə saxlayacağına söz verib.
“Tərəfsiz vasitəçi” maskasını çıxarmış Fransadan nə desən gözləməyə dəyər. Bu iki xanımın oturub hansı haqqla başqa dövlətin ərazisindəki irsi müzakirə etdikləri bəllidir. Bu heç. 30 illik erməni işğalı və barbarlığı nəticəsində Qarabağda və Şərqi Zəngəzurda 67 məsciddən 65-i dağıdılıb və təhqir olunub. Amma Fransa nəinki onların peykdən şəkillərini çəkib, heç adi təəssüfünü də bildirməyib. Bu da heç. Görəsən bu 30 ildə Qarabağda yiyəsiz, təmirsiz, tərk edilmiş, elə həmin ermənilər tərəfindən natəmiz hala salınmış onlarla xristian (alban) məbədləri niyə Fransanın “diqqətindən qaçıb”?
Niyə gəlib onları bərpa etməyiblər? Niyə ən azı “narahat” olmayıblar?”

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking