Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan müqaviləni təsdiqləyib

Baxılıb: 900     Tarix: 02-11-2023 10:55   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib.
Qanunvehedef.az "Report"a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə qərar imzalayıb.
Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen imzalayıblar.
Müqavilə iki ölkənin heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlığını nəzərdə tutur.
Sənədə əsasən, Türkiyə Azərbaycana dabaq xəstəliyi ilə mübarizə üçün 250 min doza SAT-2 antigen tərkibli 1 valentli dabaq peyvəndini ödənişsiz verəcək.

Qanunvehedef.az



{sape_links}{sape_article}