Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qırğızıstan Prezidenti Azərbaycan xalqını təbrik edib

Baxılıb: 689     Tarix: 03-11-2023 12:42   

"Azərbaycan xalqını ərazi bütövlüyünün təmin olunması münasibəti ilə təbrik edirik".
Qanunvehedef.az "Report"a istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında deyib.
Dövlət başçısı çıxışında bütün türk dövlətləri ilə əməkdaşlığa maraqlı olduqlarını bildirərək TDT çərçivəsində baş tutan dialoqun inteqrasiya üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib:
"Hazırda dünyada böyük transformasiyalar baş verir. Baş verən böhranlara birgə mübarizə aparmaq, həmçinin qarşılaşdığımız çağırışları birgə qarşılamaq üçün bütün imkanlarımız var".
Bugünkü tədbir çərçivəsində imzalanacaq sənədlərin icrasına Qırğızıstanın da öz töhfəsini verəcəyini vurğulayan S.Japarov bu sənədlərin türk dövlətlərinin çoxşaxəli əməkdaşlığında yeni səhifə açacağına əminliyini bildirib:
"Dünyadakı geosiyasi durum qardaş türk xalqlarının iqtisadi potensialının artırılması üçün öz səylərini birləşdirməsini vacib edir".

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking