Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Sahibə Qafarova: "Gələnilki büdcə layihəsi ölkə həyatında müşahidə olunan müsbət meyilləri özündə əks etdirir"

Baxılıb: 839     Tarix: 13-11-2023 11:46   

Gələn ilin dövlət büdcəsi layihəsi ölkə həyatında müşahidə olunan müsbət meyilləri özündə əks etdirir. Həm gəlir, həm də xərclər ildən-ilə artırlıır.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 13-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı danışarkən deyib.
Spiker bildirib ki, gələn ilin dövlət büdcəsində bu istiqamətdə nəzərdə tutulan göstəricilərin rekord məbləğdə olması ölkənin iqtisadi potensialının təzahürüdür: "Büdcə müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilib. Gələn ilin büdcəsi sosialyönümlü olmaqla fərqlənir. Belə ki, gələn ilin bu sahədəki rəqəmləri cari illə müqayisədə 1 mld 35 mln manat çox olması nəzərdə tutulur".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}