Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Antoni Blinkenlə Paşinyan arasında telefon danışığı olub

Baxılıb: 722     Tarix: 28-11-2023 11:15   

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bəyanatda deyilir ki, dövlət katibi Blinken ABŞ-ın Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib.
"Dövlət katibi Antoni Blinken bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıb. Onlar ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi səylərinə dəstəyini müzakirə ediblər. Dövlət katibi ABŞ-nin Ermənistanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyib və onun firavan və demokratik gələcəyə baxışını dəstəkləməyə çalışarkən Ermənistanla ikitərəfli əməkdaşlığı artırmaq səylərini qeyd edib", - deyə ABŞ Dövlət Departamenti bildirib.
Qeyd edək, Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə də telefonla danışıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}