Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan prezidenti İlham Əliyevl və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub

Baxılıb: 762     Tarix: 28-11-2023 11:24   

Azərbaycan prezidenti İlham Əliyevl və ABŞ dövlət katibi Antoni Blinken telefonla danışıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Blinken Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişi bağlamaq öhdəliyini alqışlayıb. Blinken uzun müddətdir davam edən bu münaqişənin həm azərbaycanlılar, həm də ermənilər üçün eyni dərəcədə əziyyət çəkdiyini və sülhün regionda hər kəsə gətirəcəyi faydaları vurğulayıb. Dövlət katibi Azərbaycanla davamlı əlaqələrimizi müzakirə edib, əlaqələrdə son zamanlar narahatlıq doğuran məqamları qeyd edib, həmçinin əməkdaşlığın gücləndirilməsi imkanlarından, xüsusilə sülh prosesi ətrafında, yüksək səviyyəli iştirakın vacibliyindən danışıb", - deyə Dövlət Departamentindən bildiriblər.
Qeyd edək ki, Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefon danışığı aparıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}