Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Sahibə Qafarova Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Baxılıb: 595     Tarix: 06-12-2023 15:31   

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyası sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə Zafer Sırakaya Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun salamlarını Azərbaycan Milli Məclisinin sədrinə çatdırıb. Sahibə Qafarova onun da salamlarını TBMM sədrinə çatdırmağı xahiş edib.
Söhbət zamanı qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyə arasında münasibətlər uğurla inkişaf edir. Dövlət başçılarımızın dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin dinamik inkişafına geniş imkanlar yaradır. Ölkələrimizin liderlərinin siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, dövlətlərarası münasibətlər özünün ən yüksək səviyyəsinə - müttəfiqlik səviyyəsinə çatıb.
Görüşdə vurğulanıb ki, bu münasibətlər parlamentlər arasında da əməkdaşlığın daha da genişlənməsini şərtləndirib. Vurğulanıb ki, Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi üzrə hədəfləri müəyyən edən və yol xəritəsi rolunu oynayan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsində parlamentlərarası əlaqələrin inkişafına dair bəndin olması da ölkələrimizin qanunvericilik sahəsində də əməkdaşlığı daha da inkişaf etdirmək niyyətinin göstəricisidir. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında çoxşaxəli əməkdaşlıq həyata keçirilir. Deputatlarımız ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurla fəaliyyət göstərirlər.
Söhbət zamanı qardaş ölkələrimizin dövlət qurumları və təsisatları arasında əməkdaşlığın inkişaf etdirilməsinin münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verdiyi qeyd edilərək, bu mənada ölkələrimizin hakim partiyaları - Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası (AKP) arasında əməkdaşlıq əlaqələrinin böyük əhəmiyyət kəsb etdiyi ifadə olunub. Vurğulanıb ki, partiyalar arasında əlaqələrin gücləndirilməsi ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan parlamenti partiyalar arasında əlaqələrin gücləndirilməsini dəstəkləyir.
Görüşdə hazırda regionda mövcud olan vəziyyət haqqında da fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova dünyada bir sıra gərginliklərin, islamofobiya meyllərinin, beynəlxalq münasibətlərdə ikili standartların mövcud olduğunu xatırladaraq, qeyd edib ki, bəzi təşkilatlarda Azərbaycana və Türkiyəyə qarşı qərəzli, birtərəfli münasibətlərin şahidi oluruq. Milli Məclisin sədri bu cür meyllərə qarşı mübarizədə də birgə əməkdaşlığın önəmini diqqətə çatdırıb. O, Azərbaycan-Türkiyə münasibətlərinin regionda sabitliyə, sülhə və əməkdaşlığa xidmət etdiyini vurğulayıb.
Azərbaycan və Türkiyənin ortaq tarixi, mədəniyyəti, dəyərləri ilə bağlı fikirlərini bildirən Sahibə Qafarova qardaş xalqlarımızı birləşdirən ən mühüm dəyərlərdən biri kimi ailə dəyərlərinin birgə təşviqinin əhəmiyyətini də diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.






Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar