Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sahibə Qafarova:“YAP-ın qərarını xalq dəstəkləyir

Baxılıb: 1 263     Tarix: 19-12-2023 11:26   

“Yeni Azərbaycan Partiyasının (YAP) İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı qərarı Azərbaycan xalqının arzu və istəyini ifadə edir”. 
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri spiker Sahibə Qafarova parlamentin iclasında bildirib.
Sədr qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib: “Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb, geniş bölgədə söz sahibinə çevrilib. İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk edib. Onun siyasi diplomatik və hərbi strateji məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Qarabağ və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnib.
Dövlətimizin ərazi bütövlüyü və suverenliyinin, tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb. Əminliklə söyləmək olar ki, İlham Əliyevə xas olan siyasi səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra inamlı irəliləməyini təmin edəcək.
Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcək”.

Əbdülqəni Hüseynovшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking