Zahid Oruc Azərbaycan prezidenti seçilsə, hansı dəyişiklik edəcək? - AÇIQLAMA
Baxılıb: 563 Tarix: 08-01-2024 13:35
Fevralın 7-si Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində prezidentliyə namizədliyini irəli sürənlərdən biri də Milli Məclisin deputatı Zahid Orucdur.
Zahid Oruc prezident seçilərsə, Azərbaycanda hansı dəyişiklik və ya yenilik edəcək?
BiG.AZ-ın suallarını cavablandıran Zahid Oruc bildirib ki, o, çox parlaq bir platforma hazırlayıb. Cəmi bir neçə gün sonra onu təqdim edəcək.
Prezident namizədi qeyd edib ki, onun irəli sürdüyü müddəalar digər namizədlərdən köklü şəkildə fərqlənir. Lakin bu barədə indi məlumat vermək qanunvericiliyə ziddir. Təbliğat və təşviqat işlərinin yanvarın 15-dən başlayacağı güman olunur.
"Son 100 ildə onlarla prezident seçkilərindən misal göstərə bilərik ki, burada başlıca ideya namizədlərdən kimin birinci olması deyil, o ölkənin, millətin gələcəyinin quruculuğunda,formalaşmasında ümumi desək, siyasi gündəliyinin yaradılmasında iştirak daha ön yerdə olub. Bu, çox vacib bir məsələdir. Biz burada paralellər aparıb demək istəmirik ki, həyatın başqa hansı başqa sahələrində bir marafona qoşulanlardan hamısı birinci ola bilmir. Çünki buna nə konstitusiya, nə qanunlar imkan verir. Ancaq ən önəmli məsələ ideyaların birinciliyi, həm vətəndaşın, həm dövlətin gündəliyinə çıxmasıdır. İdeyalar çox önəmli qüvvədir.O, öz ətrafında kütlələri toplayır, səfərbər edir və gələcəyin yaradılmasına təsir göstərir. Ona görə də indiki halda biz qeydə alınmış namizəd kimi Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq təbliğat və təşviqat apara bilməyəcəyimizi, bunun yalnız yanvarın 15-dən başlayacağını nəzərə alaraq deyə biləcəyim söz bundan ibarətdir ki, indi məni ölkənin gələcəyi prezident seçkilərindən daha çox düşündürür. Bu söz həm də Ruzveltə məxsusdur. Biz bu tarixi cavabı xatırlamış oluruq. Millətimizin mənafeyinə cavab verən çox parlaq bir platforma bizim tərəfimizdən hazırlanıb. Cəmi bir neçə gün sonra biz onu sizinlə bölüşəcəyik. Ayrı- ayrı müddəaların üzərində dayanacağıq.Bizim irəli sürdüyümüz yanaşmalar digər namizədlərdən köklü şəkildə fərqlənir. "Mən nə üçün namizədəm?" sualının bütün cavabları orada var. Bu barədə indi məlumat verməyim qanunvericiliyə ziddir" ,- deyə o vurğulayıb.
Zahid Oruc həmçinin bildirib ki, o, Heydər Əliyev ideallarına bağlı olan, bu xəttin davamlılığını istəyən şəxs kimi tanınıb:
"Biz uzun onillər Heydər Əliyev ideallarına bağlı olan, bu xəttin davamlılığını istəyən şəxs kimi tanınmışıq. Necə ki, istənilən ölkədə onlarla müxalif namizəd eyni anda öz təşəbbüslərini, iradələrini ortaya qoya bilərlər, tərəflər,qeyri-siyasi məsuliyyət daşıyanlar, dindarlar, başqa dini daşıyıclar da, o cümlədən hakimiyyət profilində olan insanların da iddialarını ifadə etmək hüquqları var. Lakin bununla bərabər bunun qətiyyən hansısa siyasi xəttlə eyni olmaq, baxışlarından proqram prinsiplərinə qədər üst-üstə düşməsindən söhbət gedə bilməz. Buna qədərki dövrdə biz prezident seçkilərində iştirak edərkən ən başlıca mərama sadiq qaldığımızı göstərmişik. Bizim üçün dövlətçilik, millətin mənafeyi öndə olub. Hətta Türkiyənin nümunəsində may ayında izlədiyimiz seçkilər hansı ki, ölkənin sərhədlərini aşdı və dünya üçün həlledici məna daşıyan seçkilərə çevrildi, orada bütün namizədlər hamısı eyni anda birinci olmayacağını öncədən bilirdilər. Ona görə bizim verdiyimiz cavab daha doğru və realistdir. Bu istiqamətdə aparacağImız fəaliyyətləri sizinlə bölüşəcəyik".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər