Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Prezidentdən elektron mühasibat uçotu ilə bağlı FƏRMAN

Baxılıb: 921     Tarix: 22-01-2024 15:28   

Prezident İlham Əliyev "Mühasibat uçotu haqqında" qanunda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
"Report" xəbər verir ki, fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirir.
Yenilənmiş qanuna orta sahibkarlıq subyektləri mühasibat uçotunun elektron formada aparılmasını aşağıdakı mərhələlərdə həyata keçirməlidir:
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər - 2024-cü il yanvarın 1-dən;
- telekommunikasiya xidmətləri göstərən şəxslər - 2024-cü il aprelin 1-dən;
- yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər - 2024-cü il iyulun 1-dən;
- idman mərc oyunlarının operatoru - 2024-cü il oktyabrın 1-dən;
- Digər orta sahibkarlıq subyektləri - 2027-ci il yanvarın 1-dən.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar