Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tacikistan Prezidenti Əliyevə zəng etdi

Baxılıb: 446     Tarix: 04-12-2024 15:13   

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Qanunvehedef.az xəbər verir ki, telefon söhbəti zamanı Prezident Emoməli Rəhmon COP29-un uğurlu təşkilinə görə təbriklərini çatdırıb və onun nəticələrinin qlobal iqlim gündəliyinin irəli aparılması baxımından vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Emoməli Rəhmonun COP29-un Liderlər Sammitində iştirakını və bütövlükdə Tacikistan nümayəndə heyətinin müzakirələrə fəal töhfə verdiyini məmnuniyyətlə qeyd edib.
Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid olan aktual məsələlər, həmçinin Tacikistanın MDB-də qarşıdan gələn sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}