Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

"Cənab Prezident Dmitri Kiselyova verdiyi müsahibə ilə növbəti dəfə güclü lider, peşəkar və diplomat olduğunu sübut etdi" - DEPUTAT

Baxılıb: 960     Tarix: 19-12-2024 12:33   

Xəbər verildiyimiz kimi Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verib. Müsahibə zamanı dövlət başçısı Fransanın Ermənistanı silahlandırması, onun yürütdüyü müstəmləkə siyasətinə toxunub. Prezident İlham Əliyev müsahibədə qərbi azərbaycanlılardan da danışıb.
Ölkə başçısının müsahibəsində səsləndirdiyi fikirləri Sonxeber.az-a şərh edən deputat Cavanşir Paşazadə bildirib ki, cənab Prezident növbəti dəfə güclü lider, peşəkar diplomat və uzaqgörən siyasətçi olduğunu sübut etdi:
"Cənab prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibə zamanı tək ölkəmiz üçün deyil, həm region, həm də dünya üçün əhəmiyyətli olan məsələlərə toxundu. Bu gün Fransanı Ermənistanı silahlandırmaqla onu növbəti müharibəyə hazırlayır. Təəssüf ki, bu gün Fransanın ölkəmizlə bağlı başlatdığı kampaniyaya digər ölkələri də qoşur. Makron müharibənin və münaqişənin bitməsindən 4 il keçsə də Ermənistanın məğlubiyyəti ilə barışa bilmir. Tək Fransa deyil, Ermənistana havadarlıq edən və əlində "kukla" kimi oynadan digər qərb dövlətləri, bəzi təşkilatlar Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsini, 30 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoymasını qəbullanmaq istəmir. Çünki qərb artıq Qarabağ kartını əlində bayraq edib ölkəmizə təzyiq göstərə bilmir. Artıq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan ərazi bütövlüyünü bərpa edən güclü dövlət və regionda sabitliyi bərpa edən demokratik ölkədir".
Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin müsahibədə qərbi azərbaycanlılardan və onların haqlı tələblərindən də danışıb:
"1991-ci ildə müasir Ermənistandan 300 mindən çox azərbaycanlının zorla qovulub. Tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım aktları, kütləvi qırğınlar və insanlığa qarşı digər cinayətlər törədiblər. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə dəhşətli və amansız olmuşdur. 400 000-dən çox azərbaycanlı qaçqın əcdadlarının torpaqlarına qayıtmaq arzusundadır. Onların tələbi ərazi iddiası deyil, insan hüquqları məsələsidir. Qərbi azərbaycanlılar zorla tərk etməli olduqları tarixi torpaqlara sülh və təhlükəsizlik şəkildə qayıtmaq istəyirlər. Əminəm ki, cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə digər soydaşlarımız kimi qərbi azərbaycanlılar da öz doğma yurdlarına geri qayıdacaqlar".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar