Xəbər lenti
02/07/2026 [13:37]
Sabah 36° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İlham Əliyev Putinə zəng etdi

Baxılıb: 988     Tarix: 25-12-2024 13:43   

Prezident İlham Əliyev təyyarədə olarkən Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı əsnasında Prezident İlham Əliyev bu gün “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edə bilməyəcəyini və geri dönmək haqqında qərar qəbul etdiyini bildirib.
Dövlət başçıları sıralarında Azərbaycan, Rusiya və digər ölkələrin vətəndaşlarının yer aldığı təyyarə qəzası ilə əlaqədar bir-birilərinə və həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlıqlarını ifadə edib və xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar