Xəbər lenti
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İran Prezidenti Pezeşkian bu tarixdə Azərbaycana gəlir

Baxılıb: 627     Tarix: 18-04-2025 15:00   

İran Prezidenti Məsud Pezeşkian aprelin 27-də Azərbaycana səfər edəcək.
Qanunvehedef.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen Hökumət və Özəl Sektor Dialoqu Şurasının iclasında açıqlayıb.
Onun sözlərinə görə, İran prezidentinin Azərbaycana səfərində 120 nəfərdən ibarət heyətdə özəl sektorun nümayəndələri, İran və Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri və İranın şimal-qərbində yerləşən 4 vilayətin valisi yer alacaq.
Pirmoəzzen əlavə edib ki, səfər çərçivəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və özəl sektorun nümayəndələrinin növbəti səfərlərinin planlaşdırılması nəzərdə tutulub.
Palata rəsmisi qeyd edib ki, İran və Azərbaycan arasında körpünün istifadəyə verilməsi (Ağbənd-Kəlalə) ilə iqtisadi əməkdaşlıq daha da inkişaf edəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan mediasında İran liderinin ölkəmizə səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı.

Qanunvehedef.azшаблоны для dle 11.2