Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Mehriban Əliyeva Sami Yusufla görüşdü - Foto

Baxılıb: 689     Tarix: 02-10-2019 11:25   

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.
Mehriban Əliyeva müğənniyə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu təqdim edib.
Birinci vitse-prezident Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirib. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırladıb, bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğulayıb. Birinci vitse-prezident bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər. Bu şəxslərin sırasında Sami Yusuf da var.
Birinci vitse-prezident fəxri diplomu müğənniyə təqdim edib. Görüşdə Mehriban Əliyeva Sami Yusufa gələcək yaradıcılığında uğurlar arzulayıb.
Müğənni və bəstəkar Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirib.





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar