Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

"İnanıram ki, islahatlar davam edəcək"- Deputat

Baxılıb: 685     Tarix: 24-10-2019 12:17   

"Son dövrlər ölkə başçısı tərəfindən aparılan struktur islahatları xalqımızın maddi rifahının yaxşılaşmasına yönəlib".
Bunu  danışan deputat Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, bu gün cəmiyyət, elm, texnika inkişaf edir: "Dünya miqyasında bütün sahələrdə inkişaf mövcuddur. Biz də inkişafımızı dünyanın aparıcı dövlətlərində gedən proseslərə uyğunlaşdırmaq üçün 5-6 ildir ki, bütün sahələrdə çox mühüm islahatlara başlamışıq. Hazırda ölkəmizdə kadr və struktur islahatları aparılır. Bu məsələdə dayanmaq yoxdur. Çünki bütün sahələrdə inkişaf və dəyişikliklər var. Bu dəyişikliklə ayaqlaşmaq və dövlətimizin inkişafını təmin etmək üçün bu islahatlar zəruridir. Aparılan islahatlar Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Cənab prezidentimizin iqtisaqdiyyat, səhiyyə, təhsil, mədəniyyət, kadr, struktur sahələrində apardığı islahatlar insanlarımızın maddi durumunun yaxşılaşmasına xidmət edir. Hesab edirəm ki, bütün islahatlar ölkəmiz üçün xeyirli və inkişafımıza xidmət edir. İnanıram ki, bu islahatlar davam edəcək".
Aysel Yusifqızıшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar