Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Maduro Bakıda Qərbə meydan oxudu: Mümkün deyil...

Baxılıb: 838     Tarix: 25-10-2019 12:03   

Venesuela Prezidenti Nikolas Maduro Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünü açıq elan edib.
Qanunvehedef.az xəbər verir ki, Maduro hər kəsi bir dəqiqəlik sükuta dəvət edib:
“Qoşulmama Hərəkatının bir sıra rəhbərləri həyatını dəyişib. Burada bəzi dövlət rəhbərlərinin xatirəsini yad etmək istəyirik. Qoşulmama Hərəkatının üzvləri sırasında xüsusi dəvət edilmiş qonaqlar da var.
Azərbaycan hökuməti və xalqına bizə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirəm. Bu zirvə görüşündə iştirak etmək bizim üçün şərəfdir. Azərbaycanla bizim sıx və mehriban münasibətlərimiz var.2016-dan 2019-a qədər biz bu hərəkata sədrlik etdik. Hazırda yenidən bir araya gəlmişik. Biz bir çox ölkələrin, o cümlədən Venesuelanın azadlığını burada müdafiə etməyə, beynəlxalq hüququ dəstəkləməyə gəlmişik. Biz barbar imperialist təsirlərin təzyiqinə məruz qalırıq, amma bizim iradəmizi qırmaq mümkün deyil.
2016-cı ildəki zirvədə qarşımıza 3 konkret məqsəd qoyulmuşdu və bu 3 məqsəd bizə aydın idi. Biz istərdik ki, üzv ölkələr arasında həmrəylik gücləndirilsin, hərəkat çərçivəsində yaxınlaşma daha ciddi şəkildə təmin edilsin. Azərbaycan Respublikasına təşəkkür edir, bu həmrəyliyin daha qabarıq nümayişi üçün çalışacağına ümid edirik”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar