Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Buna qarşı çıxanlar cəzalanacaq – Prezidentin köməkçisi

Baxılıb: 483     Tarix: 30-10-2019 13:58   
SƏLİS-in yaradılması bundan sonrakı dövrdə həm qrant verənlərin, həm qrant alanların, həm də bu xidməti həyata keçirənlərin işini həm yüngülləşdirəcək, həm də şəffaflaşdıracaq.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Əli Həsənov bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin təqdimatı mərasimindəki çıxışında deyib.
Ə.Həsənov bildirib ki, Azərbaycan dövləti 27 ildir müstəqilliyini yaşayır, 1993-cü ildən başlayaraq Azərbaycanda Ümummilli Lider başda olmaqla, müstəqil Azərbaycan dövlət quruculuğu prosesinin iştirakçılarıyıq:
“1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin ciddi dəstəyi ilə Konstitusiya qəbul olundu, çoxpartiyalı sistem əsasında parlament seçkiləri keçirildi və Azərbaycan dövlətinin gələcək inkişafının təməl prinsipləri müəyyən olundu. Bu təməl prinsiprlərin siyasi yöndə əsas strategiyası ondan ibarət idi ki, Azərbaycan demokratik inkişaf, prüalist cəmiyyət quruculuğu, hakimimiyyət uğrunda yarışın çoxpartiyalı sistemlilik əsasında həyata keçirilməsi, bazar iqtisadiyyatı kursunu seçdi. Nəhayət, Azərbaycan vətəndaşlarının ideya və təşəbbüslərinin dəstəklənməsi, yəni vətəndaş cəmiyyəinin formalaşması normalarını seçdi və bərqərar etdi”.
Ə.Həsənovun sözlərinə görə, birinci onillik - 1993-2003-cü illər müstəqil Azərbaycan dövləti quruculuğu prosesi idi:
“Dövlətin qarşısında duran çox mühüm və təxirəsalınmaz vəzifələr var idi. Dövlətin təhlükəsizliyinin təmin olunması, ordu quruculuğunun həyata keçirilməsi, Əsrin Müqaviləsinin imzalanması və xarici tərəfdaş dövlətlərin tapılması və onlarla Azərbaycanın gələcək strateji inikşafının təməli olan neft-qaz kontraktlarının imzalanıb həyata keçirilməsi, Azərbaycan beynəlxalnq aləmlə münasibətlərinin, strategiyasının təmin olunması, Azərbaycanın dostlarının, tərəfdaşlarının sayının artırılması, Azərbaycanın qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarının ən vacib problemlərinin həll olunması, məskunlaşdırılması bura daxildir. 2003-cü ildən Prezident İlham Əliyev Azərbaycana rəhbərlik edir. Prezident İlham Əliyevin bəyan etdiyi və həyata keçirdiyi kurs müstəqil Azərbaycanın modernləşdirilməsi, müasirləşdirilməsi və müasir, qlobal dünyanın çağırışlarına uyğun olaraq onun inkişafının yeni trendlər əsasında zənginləşdirilərək davam etdirilməsidir. Zaman var idi ki, xaricdə belə konfrans zallarını, bu tip elektron xidmətləri görəndə az qalırdıq ki, heyrətdən boğulaq. İndi bu gün Azərbaycan dövləti elə səviyyəyə gəlib çatıb ki, nəinki elektron hökumətdən, elektron xilmətlərdən, hətta rəqəmsal hökumət və rəqəmsal xidmətdən bəhs edə bilir. Prezident İlham Əliyevin 3 prezidentlik dövrü Azərbaycanın modernləşdirilməsi, ictimai, siyasi, sosial, iqtisadi həyatının yenidən qurulması və ölkədə vətəndaş məmnunluğunun təmin olunmasını əhatə etdi. Vətənldaş məmnunluğu ona göstərilən xidmətlərin asanlaşdırılması, rahatlaşdırılması və hamı üçün məqbul formaya salınmasıdır”.
Prezidentin köməkçisi qeyd edib ki, vətəndaşların məmnunluğunun təməlində onun sosial-iqtisadi və digər problemlərinin həlli, firəvan həyatının təmin olunması, təhlükəsizliyinin təmin olunması, təşəbbüslərinin dəstəklənməsi dayanır:
“Bu mərhələdə yaranan xidmətlərdən, o cümlədən bu gün təqdimatında iştirak etdiyimiz SƏLİS-in də təməlində bu dövrün vətəndaş cəmiyyəti quruculuğu prosesi siyasəti dayanır. 2007-2008-ci illərdə Prezident İlham Əliyevin təqəbbüsü ilə iki mühüm konsepsiya qəbul olundu. Bu konsepsiyalardan biri QHT-lərə, yəni vətəndaş təşəbbüslərinə dəstək konsepsiyası idi. Bu konsepsiyanı reallaşdırmaq üçün QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Şura şəffaf şəkildə formalaşdırıldı, üzvləri müxtəlif QHT-lərin təqdimatı ilə seçildi. 10 ildən yuxarıdır ki, Şura fəaliyyət göstərir və günü-gündən fəaliyyətini təkmilləşdirir. Vətəndaşlara göstərdiyi xidmətləri müasir dünya səviyyəsinə gətirir, elektronlaşdırır və bu xidmətlərdə şəffaflığı təmin edir. Digər konsepsiya KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyası və bununla bağlı Fondun yaradılmasıdır. Fondun Müşahidə Şurası da KİV-lərin təqdim etdiyi siyahılar əsasında, şəffaf qaydada formalaşır, Prezident İlham Əliyev onları təyin edir. Mən bu gün Şura və Fondun fəaliyyətlərini müqayisə etmək istəmirəm. Amma görünən budur ki, Şura elektron xidmətə KİVDF-dən qabaq keçdi. Bu, yaxşı bir nümunədir. Düşününəm ki, KİVDF də bundan sonra KİV-lərə göstərilən dəstəyi təmas olmadan, məsafədən elektron hökumət vasitəsi ilə həyata keçirə, bu xidməti yarada bilər. Ən əsası da KİV-lərə göstərilən dəstək də şəffafdır, orada qaranlıq bir məqam yoxdur. Hər bir qəzetə ayrılan yardım bəllidir, ilin əvvəlində Fondun Müşahidə Şurasında redaktorların iştirakı ilə müzakirə olunur. Əsas məsələ jurnalist müsabiqələrinin keçirilməsidir. Fond ildə iki dəfə müsabiqə keçirir, hər müsabiqədə çoxlu sayda jurnalist mükafatlandırılır. O prosesi elektronlaşdırmağın vaxtıdır”.
Ə.Həsənov vurğulayıb ki, 15 il ərzində gördüyümüz Azərbaycan qurulub:
“Bizim iqtisadi, siyasi, sosial həyatımızın bütün sahələri yenilənib. Nəqliyyat infrpastrukturundan tutmuş mədəniyyət, mənəviyyat ocaqlarımız, institutlarımıza, xəstəxanalarımıza, məktəblərimizə, yollarımıza qədər, hər şey yenilənib, təzələnib. Bu gün Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasında üçüncü yerdə dayanır. Azərbaycan bütün reytinq sorğularında öncül mövqeləri tutur. Bu da Prezident İlham Əliyevin 15 ildə vətəndaş məmnunluğu istiqamətində həyata keçirdiyi tədbirlərdir və bunun nəticələrini görürük. 2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev yeni bir kurs elan etdi. Bu gün sizinlə birlikdə o kursun nəticələrini görürük. İlk növbədə bu kurs ictimai, siyasi, sosial, iqtisadi həyatımızın şəffaflaşdırılmasından ibarət idi. Bütün postsovet ölkələrində, o cümlədən dünya ölkələrində olduğu kimi, Azərbaycanda da hələ kölgə iqtisadiyyatı mövcuddur. Hələ də ayrı-ayrı iş adamdarı dövlətin vergilərini tam şəkildə ödəmir, ödəmək istəmir. Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur və monopoliyanın bəzi xətləri də dövlət qulluqçularına gedib çıxır. Prezident İlham Əliyev iqisadi müşavirədə bu məsələlərə toxundu. İslahatlar kursu Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması, vətəndaşların tam iştirakı ilə qurulması dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalanqdırılacaq. Şəffaflaşqdırma bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsasını təşkil edir. Bu islahatlar kursu dövlət idarəçilik sisteminin struktur islahatlarından, idarəçilik sisteminin təkmilləşdirilməsindən başladı. Ayrı-ayrı zamanlarda yaranmış və bu gün zərurəti şübhə doğuran qurumların ləğv olunması, birləşdirilməsi, orada çalışan insanların digər lazım olan sahələrə yerləşdirilməsi həyata keçirildi. Bunun ardınca iqtisadi islahatların konturları elan olundu. Dövlət büdcəsindən tutmuş xilmət sahələrinə, vergi yığımından tutmuş sahibkarlıq sahəsinə həm strvuktur, həm dövlət idarəçilik sisteminin, o cümlədən sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilir. Bu gün bu şəffaflaşdırma elə bir mərhələyə qədəm qoyub ki, hər bir vətəndaş orada iştirak edir. O cümlədən QHT-lər, KİV-lər, millət vəkilləri, millət vəkilləri vasitəsi ilə onların seçiciləri bu prosesdə iştirak edir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar