Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ABŞ İranın XİN başçısına viza verməyib

Baxılıb: 464     Tarix: 07-01-2020 10:49   

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasına getməyə hazırlaşan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasındakı məmura istinadən məlumat verib.
Qeyd olunur ki, qərar İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin İraq paytaxtı Bağdadda öldürülməsindən sonra iki ölkə arasındakı gərginliyin artması ilə bağlıdır.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının iclası yanvarın 9-da Nyu-Yorkda keçiriləcək.



{sape_links}{sape_article}