Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

"Qarabağ probleminin həlli istiqamətində hazırkı status-kvo aradan qaldırılmaldırr"- Almaniya Bundestaqının deputatı

Baxılıb: 624     Tarix: 09-01-2020 10:05   

“Azərbaycan ilə Almaniya arasında münasibətlər heç kimdə şübhə doğurmayacaq qədər aydın, səmimi və yüksək səviyyədədir”. Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlamentinin) hakim Xristian Demokratik Partiyasından olan deputatı Nikolas Löbel deyib.
O vurğulayıb ki, qarşılıqlı səfərlər, imzalanan strateji sənədlər və beynəlxalq müstəvilərdə əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirir.
Bundestaq üzvü Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini bildirib: “Heç şübhəsiz ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində hazırkı status-kvonun aradan qaldırılması zəruridir. Təbii ki, bu, beynəlxalq hüquq normaları, ərazi bütövlüyünün pozulmaması şərti ilə olmalıdır. Bu mənada biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Qarabağ Azərbaycana aiddir, Azərbaycanın tərkib hissəsidir. BMT-nin 4 hüquqi sənədi bu ərazilərin Azərbaycana aid olduğunu təsdiqləyir. Biz çox arzulayırıq ki, uzun zamandır davam edən bu münaqişə sona çatsın, Qafqazda sülh bərqərar olsun”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar