Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İcra başçısı hadisə yerində - Fotolar

Baxılıb: 660     Tarix: 09-01-2020 11:28   
 
Bu gün Badamdar qəsəbəsində baş verən sürüşmə yerinə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov gəlib.
Qanunvehedef.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hadisə nəticəsində eni 80, uzunluğu 100 metr olan torpaq kütləsi sürüşüb: "Hazırda monitorinqlər davam etdirilir, ölçmə işləri aparılır. Sürüşmə aktivdir, gərginlik var".
O qeyd edib ki, torpaq kütləsi yolu tam bağlayıb: "Sürüşmə restoran divarlarının dibinə kimi gəlib. Burada yaşayış evləri yoxdur. Yamacın aşağısında yerləşən evlərə isə hələ ki, təhlükə yoxdur".
Əziz Qaralov əlavə edib ki, bu sürüşmə yeni deyil: "Bir il öncə baş verən sürüşmə sahəsinin üzərindəki torpaq kütləsi yenidən sürüşərək yolu qapayıb".







{sape_links}{sape_article}