Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Vüqar İsgəndərov seçiciləri ilə görüşlərini davam etdirir

Baxılıb: 1 205     Tarix: 28-01-2020 16:00   
113 saylı Şəki şəhər seçki dairəsindən YAP-ın namizədi Vüqar İskəndərov yanvarın 27-də YAP Şəki Təşkilatı Gənclər Birliyinin fəal üzvləri ilə birlikdə Baltalı kəndində sakinlərlə görüşüb. Görüşdə 100-ə yaxın kənd sakini iştirak edib. V.İskəndərov ölkə rəhbərinin təşəbbüsü ilə regionların sosial iqtisadi inkişafı üçün aparılan islahatlardan və bu proqramın uğurla həyata keçirilməsindən söhbət açıb. Əhalini seçkilərdə fəallıq göstərərək “DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ” devizi altında inkişafa və tərəqqiyə səs verməyə dəvət edib. Daha sonra sakinlər kəndin inkişafı ilə bağlı bir neçə məsələləri namizədin diqqətinə çatdırıblar. Sakinlər böyük coşqu ilə bu dairədən olan YAP-ın namizədi V.İskəndərovu dəstəkləyəcəklərini vurğulayıblar.




{sape_links}{sape_article}