Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ATƏT Azərbaycanda keçiriləcək parlament seçkiləri üzrə aralıq hesabatını açıqlayıb

Baxılıb: 512     Tarix: 30-01-2020 10:58   

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda fevralin 9-da keçiriləcək parlament seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı açıqlanıb.
"Report" xəbər verir ki, hesabat ATƏT-in rəsmi saytında dərc olunub.
Sənəddə qeyd olunub ki, Azərbaycan hökumətinin dəvətini aldıqdan sonra DTİHB yanvarın 7-də Seçki Müşahidə Missiyası (SMM) təsis edib. Səfir Peter Tejlerin rəhbərlik etdiyi SMM, Bakıda yerləşən 12 nəfərlik əsas heyətdən və yanvarın 14-də bütün ölkə üzrə 12 əraziyə göndərilən 26 uzunmüddətli müşahidəçidən (UMM) ibarətdir. Missiyanın üzvləri ATƏT-in 23 iştirakçı dövlətindən seçilib.
DTİHB, səsvermə, səslərin hesablanması və nəticələrin qeydiyyatı da daxil olmaqla, seçki günü proseslərini müşahidə etmək üçün iştirakçı dövlətlərdən 350 nəfər qısamüddətli müşahidəçinin ezam edilməsini xahiş edib.
"Hökümət DTİHB SMM-ə seçkilərin azad və ədalətli şəraitdə keçirilməsi üçün siyasi iradənin olduğunu bildirib. Hökümət növbədənkənar parlament seçkilərinin Ermənistanla davam edən qarşıdurma şəraitində keçəcəyini qeyd edib. Həmçinin həll edilməmiş münaqişənin ölkəyə bir sıra mənfi təsirlərinin olduğunu vurğulayıb. Hökümət xüsusən də böyük sayda məcburi köçkün üçün səsvermənin təşkilini nəzərə alaraq, sözügedən vəziyyətin seçkilərin idarə olunmasını çətinləşdirdiyini qeyd edib", - hesabatda vurğulanıb.
Xatırladaq ki, müşahidə missiyasının rəhbəri Piter Teylerdir (İsveç). Uzunmüddətli missiya Bakıda yerləşən 12 mütəxəssisdən ibarət əsas qrupdan ibarətdir.
DTİHB yanvarın 14-dən etibarən 30 uzunmüddətli müşahidəçinin ölkə daxilində yerləşdirilməsini istəyib, 350 qısamüddətli müşahidəçi isə seçki günü səsvermənin gedişatını izləyəcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar