Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

SOCAR prezidenti Ukraynanın dövlət başçısı ilə görüşüb

Baxılıb: 677     Tarix: 31-01-2020 10:53   

Ukrayna prezidenti Vladimir Zelenski SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.
Dövlət başçısı qeyd edib ki, Ukrayna hakimiyyəti neft və qaz sahəsində SOCAR şirkəti ilə birlikdə layihələrin həyata keçirilməsinə imkan yaradacaq.
Tərəflər Ukraynanın qaz nəqliyyatı sahəsinə sərmayə imkanlarını müzakirə ediblər.
Vladimir Zelenski ötən ilin dekabrında Azərbaycana səfəri zamanı Ukraynada SOCAR-ın işi haqqında razılaşmaların reallaşdırılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə həmçinin SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və SOCAR-ın Ukraynadakı Nümayəndəliyinin rəhbəri Elçin Məmmədov iştirak etdilər.



{sape_links}{sape_article}