Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Fransa XİN Azərbaycana təşəkkür edib - FOTO

Baxılıb: 856     Tarix: 06-04-2020 15:56   

Fransa Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana təşəkkür edib.
APA-nın xəbərinə görə, bu barədə Fransa XİN-in "Twitter" səhifəsində bildirilib.
“Təşəkkürlər Azərbaycan! Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağının proyeksiyası həmrəyliyin ifadəsidir", - deyə qeyd olunub.
Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.
Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Qanunvehedef.az



{sape_links}{sape_article}