Xəbər lenti
01/10/2026 [15:08]
Zaqatalada zəlzələ oldu
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Britaniya Dağlıq Qarabağdakı "prezident seçkiləri”nin ikinci turunu da tanımır

Baxılıb: 710     Tarix: 14-04-2020 11:06   
 

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ikinci turu aprel ayının 14-də baş tutacaq Dağlıq Qarabağdakı qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb.
Səfirliyin bəyanatında deyilir:
"Böyük Britaniya ikinci turu aprel ayının 14-də baş tutacaq Dağlıq Qarabağdakı "prezident seçkilərini” tanımır.
Böyük Britaniya bir daha ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəklədiyini vurğulayır. Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq".

Qanunvehedef.az



{sape_links}{sape_article}