Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Lavrovun həll paketini İrəvan təkzib etmədisə...

Baxılıb: 825     Tarix: 22-04-2020 14:57   

Mərhələli həll bizim milli maraqlarımıza uyğun deyil. Bu, Ermənistanla Qarabağ üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər.
Qanunvehedef.az xəbər verir ki, bu sözlər Ermənistanın eks-prezidenti Serj Sərkisyan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qarabağla bağlı danışıqlarda mərhələli həll planının müzakirə edildiyinə dair açıqlamasına cavab olaraq deyib.
“2008-2018-ci illərdə mən və Xarici İşlər naziri Edvard Nalbəndyan Qarabağ konfliktinin mərhələli həllini müzakirə etməmişik. Paket variantının əsas prinsipləri və elementləri əvvəldən müəyyən edilib və hər tərəfin nəticədə nə alacağı aydındır. Mərhələli həll variantının təhlükəsi ondan ibarətdir ki, hansısa məqamda tərəflərdən biri öz gözləntilərini əldə edə və prosesi davam etdirməyə bilər. Bu variant erməni tərəfi üçün həyati əhəmiyyət daşıyan “Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmə haqqını reallaşdırmaya bilər. Əgər əvvəllər periodik olaraq paket həllin mərhələli reallaşdırılmasından söhbət gedirdisə, bu gün Moskvadakı dəyirmi masada Sergey Lavrov çox dəqiq və birmənalı bəyanat verdi. Bu gün Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri rusiyalı həmkarının yeni layihə haqqında bəyanatını təkzib etmədi”, – deyə açıqlamada bildirilib.



{sape_links}{sape_article}