Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qurbanlarımızın qisasını bu cür aldıq - Prezident

Baxılıb: 822     Tarix: 12-10-2020 15:10   

Adekvat cavab tələb olunur və biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir. Biz heç vaxt mülki əhali ilə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Moskvada qəbul edilmiş bəyanat bizim maraqlarımıza tam cavab verir. Orada göstərilir ki, humanitar əsaslarla həlak olanların cəsədləri, əsirlərin dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik, ancaq Ermənistan buna getmirdi. Bundan başqa, siyasi məqamlar da var. Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir, çünki orada işğal edilmiş ərazilərdən erməni silahlı qüvvələrin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə 5 rayondan, ikinci mərhələdə 2 rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra bütün məcburi köçkünlər əvvəlki yaşadığı bölgələrə qayıdırlar. Bu o deməkdir ki, bizim məcburi köçkünlər Şuşaya da, Xankəndinə də qayıdacaqlar”, - İlham Əliyev bildirib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar