Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar - Hacıyev

Baxılıb: 714     Tarix: 29-10-2020 12:33   
 
Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı Xarici İşlər naziri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara məlumat verilib.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu hadisə Vaşinqtonda keçirilmiş görüşdən sonraya təsadüf edir: “Qarşıdan Cenevrə görüşləri gəlir. Həmin görüşlərdən öncə Ermənistan tərəfindən növbəti dəfə xəyanətkar, alçaq və şərəfsiz hücum həyata keçirilib. Bərdə şəhərinin mərkəzində hər hansı bir hərbi məntəqə yoxdur. Onların ancaq gücü mülki insanlara çatır. Onların məqsədi mülki insanlar arasında qətlə səbəb olmaqdır. Ancaq bunlar Azərbaycan xalqını qorxutmur. Əgər onlar düşünürlər ki, bununla Azərbaycan xalqının əzmini sındıra bilərlər, yanılırlar. Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar. Döyüş meydanından şərəfsizcəsinə qaçırlar. Gücləri ancaq raket atmaqla qadın və uşaqlara çatır. Biz onları iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq”.шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking