Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ekspert: Hələ sülh sazişi imzalanmayıb, ona görə... – Video

Baxılıb: 339     Tarix: 02-12-2020 11:53   
Laçın ermənilər üçün həyati əhəmiyyətə malik ərazi idi. Laçının işğaldan azad edilməsi Qarabağ münaqişəsinin hərbi hissəsinin uğurla bitməsinin təsdiqi oldu.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Laçının işğaldan azad edilməsi və bundan sonrakı siyasi proseslər haqda danışarkən deyib.
O bildirib ki, illərdir Ermənistan bizə “güzəşt” adı altında beş rayonu verib daha sonra referendumla keçmiş Dağlıq Qarabağa müstəqillik almağa çalışırdı:
“Hətta onlar yalnız bundan sonra Kəlbəcər və Laçını boşalda biləcəklərini deyirdilər. Laçının da hamısını deyil. Lakin Azərbaycan hərbi yoldan istifadə edərək bir daha sübut etdi ki, biz istədiyimiz halda işğalda olan 7 rayonu və keçmiş Dağlıq Qarabağın ərazisini geri qaytara bilərik.
Şübhəsiz, uğurlarımız danılmazdır. Tarixi bir qələbə qazandıq. Ötən gün Laçının da işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik masada qələbəsinin göstəricisidir. Münaqişənin hərbi mərhələsi artıq sona çatıb. Siyasi müstəvidə mübarizəmiz davam edir. Yekun sülh müqaviləsi hələ imzalanmayıb. Bu, çox vacibdir. Çünki yekun sülh müqaviləsində bir çox məsələlər, eyni zamanda təzminat məsələsi də öz həllini tapmalıdır.
Sülhməramlılar, xüsusilə Türkiyə və Rusiya sülməramlılarının fəaliyyətini vurğulamaq lazımdır. Mütləq şəkildə türk hərbçiləri Azərbaycana gəlməli və Rusiya ilə birlikdə sülhməramlı missiyanı yerinə yetirməlidir.
Qarşıdan gələn danışıqlar prosesində də uğurun davamlı olacağını düşünürəm”.
шаблоны для dle 11.2



Ən çox oxunanlar