Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Qarabağla birlikdə bu da əldən çıxdı - Mnatsakanyan

Baxılıb: 719     Tarix: 07-12-2020 12:09   

Ermənilər Azərbaycan torpaqlarını tərk edərək taxıl sahələrini, üzüm, nar bağlarını itirdi. İstehsal müəssisələri və hidroelektrik stansiyalar da azad edilən ərazilərdə qaldı.
Qanunvehedef.az xəbər verir ki, bunu erməni iş adamı Arutyun Mnatsakanyan 168TV kanalının “İcmal” (Obzor) verilişində deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində taxıl istehsalı ildə 150 min tona çatırdı. Bu həcmin demək olar ki, hamısı Ermənistana idxal edilirdi və bu, ölkənin daxili tələbatını ödəmək üçün kifayət idi:
“Torpaqlar təhvil verildikdən sonra bizdə taxıl çatışmazlığı olacaq. Bu problemi qısa müddətdə Rusiyadan 150 min ton taxıl idxal etməklə həll edilə bilər. Uzunmüddətli perspektivdə dövlətin qida təhlükəsizliyi problemini həll etmək üçün təcili tədbirlər görməsi lazımdır".
Mnatsakanyan Cəbrayıl, Qubadlı və Laçının Qarabağ bölgəsində taxıl bitkiləri yetişdirmək üçün ən uyğun torpaqlar olduğunu vurğulayıb.
Erməni iş adamının hesablamalarına görə, ümumilikdə söhbət 90 min hektardan çox buğda, arpa, fıstıq və qarpız sahələrindən gedir.
Qeyd edək ki, bütün bu faktlar Ermənistanın işğal edilən torpaqlarımızı istismar etməsinin bariz sübutudur və Azərbaycana dəyən ziyanın hesablanmasında nəzərə alınacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Buy yes2win blackhat skill google seo ranking
Redaktor seçimi
Çox oxunanlar