Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Hikmət Hacıyev xarici jurnalistlərin suallarını cavablandırdı

Baxılıb: 801     Tarix: 14-12-2020 11:29   

Dekabrın 9-da Global Journalism Council-un təşkilatçılığı ilə Azərbaycana səfər edən xarici jurnalistlər işğaldan azad edilmiş ərazilərimizdə - Füzulidə, Ağdamda, eləcə də ən çox raket hücumuna məruz qalan Tərtərdə olublar.
Qanunvehedef.az xəbər verir ki, xarici jurnalistlər ermənilərin törətdiyi vəhşiliklə yerində tanış olublar. Məcburi köçkünlərlə görüşərək gerçəkləri həm də işğal hadisələrinin canlı şahidlərinin dilindən eşidiblər.
Dekabrın 12-də Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizə səfər edən xarici jurnalistləri qəbul edib və onların suallarını cavablandırıb.
H.Hacıyev Ermənistanın işğalçılıq siyasəti və son vəziyyətlə bağlı əcnəbi jurnalistləri məlumatlandırıb.
Prezidentin köməkçisi xüsusilə ermənilərin mədəni və mənəvi sərvətlərimizə vurduğu ziyan barədə danışaraq nə zamansa maddi müsətəvidə dəyən zərərin bərpa olunacağını, ancaq maddi və mədəni zərərin çətin sağalacağını deyib.
Hikmət Hacıyevlə görüşdə Global Journalism Council-un beynəlxalq məsələlər üzrə rəhbəri azərbaycanlı jurnalist Elşad Eyvazlı, əcnəbi jurnalistlər Shinji Hashimoto (Kyodo- Japan), Aziz Gürpınar (Kyodo News), Piotr Patryk (The Economist, USA), Jordi Banos (La Vanguardia-Spain), Filippo Cicciu (RSI Switzerland), Albert Naya (CNN İspanya),Paul Osterlund (Foreign Policy -USA), Ilya Topper (EFE, Spain), Kahraman Haliscelik (GJC) və İsmail Bayazit (GJC) iştirak edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar