Fransa kanalında Azərbaycanın mövqeyi müzakirə edildi
Baxılıb: 500 Tarix: 18-12-2020 12:09
Fransanın "RT France" telekanalında erməni vəkil Fransua Devidjanla debata çıxan azərbaycanlı hüquqşünas Zaur Sadıqbəyli Fransa KİV-lərini birtərəfli mövqe tutmamağa dəvət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Qanunvehedef.az-a verilən məlumata görə, son günlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən hadisələrin müzakirəsi zamanı Zaur Sadıqbəyli öncə diqqəti Fransa KİV-lərinə girişin azərbaycanlıların üzünə bağlanmasına cəlb edib. O, yerli medianı balansı qorumağa, Fransada yaşayan azərbaycanlı icmasının mövqeyini dinləməyə çağırıb:
"Harada bir erməni danışsa, bir azərbaycanlı da orada olmalıdır".
Soydaşımız 44 günlük müharibənin nəticəsi olaraq tərəflərin qəbul etdiyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra sosial media şəbəkələrində erməni fəalların intiqam almağa, yeni müharibəyə hazırlaşmaq çağırışlarına diqqəti cəlb edib. Qeyd edib ki, bu cür hallar Azərbaycan və Ermənistan arasında sülhə xidmət etmir və dünyanın heç bir ölkəsi, o cümlədən Azərbaycan öz ərazisinin separatçı qüvvələr tərəfindən işğal olunması ilə razılaşa bilməz.
Azərbaycanlı hüquqşünas əlavə edib ki, qarşı tərəfin "öz müqəddəratını təyinetmə", "Qarabağ əhalisinin hüquqlarının qorunması" mövzusunda çıxışı maskalanmış ərazi iddialarından başqa bir şey deyil. O, nəzərə çatdırıb ki, Dağlıq Qarabağ ermənilərinin "öz müqəddəratını təyinetmə"si Ermənistan dövlətinin varlığı, beynəlxalq hüquq və tarix baxımından qeyri-mümkündür: "...bu vəziyyətdə yeganə həll yolu Ermənistanın bu həqiqəti qəbul etməsidir".
Əcdadlarının ərazisi olan İrəvanda doğulan bir azərbaycanlı kimi Ermənistanı və bu ölkənin tarixini erməni vəkildən daha yaxşı bildiyini söyləyən soydaşımız erməni dilində dünya ermənilərinə müraciət edib. O, erməniləri 44 gün ərzində Qarabağ cəbhəsində qalib gəldikləri ilə aldadan Ermənistan rəhbərliyinin qurbanı olmamağa səsləyib: "Azərbaycan işğal edilmiş torpaqlarını azad etmək üçün 2783 əsgərini itirdi. Bəs erməni əsgərləri niyə öldü?".
Z.Sadıqbəyli əlavə edib ki, bütün hərbi cinayətlərin araşdırılmasına, cinayətkarların cəzalandırılmasına tərəfdardır və bu məsələnin birinci Qarabağ müharibəsindən, xüsusilə də Xocalı soyqırımından başlanmasını istəyir. O, həmçinin xatırladıb ki, indiyə qədər ermənilərin bu mövzuda azərbaycanlıları günahlandırmaq məqsədilə təqdim etdikləri videolar saxta çıxıb.
Ermənilərin tarixi saxtalaşdırma cəhdlərindən və uydurmalarından çox təəssüfləndiyini bildirən soydaşımız vurğulayıb ki, hazırda Cənubi Qafqaz tarixi ilə maraqlananlar üçün videomühazirələr oxuyur. Həmin mühazirələr zamanı tarixi faktlara və sənədlərə əsasən ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisi olan Qarabağ xanlığına köçürüldüyünü, azərbaycanlıların ermənilər tərəfindən etnik təmizləmələrə məruz qaldığını, İrəvan xanlığının tarixi torpaqlarında yaşayan ata-babalarının kütləvi qırğına məruz qaldığını və qovulduğunu sübut edir.
Z.Sadıqbəyli qeyd edib ki, sülhə nail olmaq üçün Dağlıq Qarabağ tam silahsızlaşdırılmalı, bu bölgədə yaşayan ermənilər Azərbaycan vətəndaşı kimi dövlət qanunlarına riayət edərək azərbaycanlılarla bərabər dinc yanaşı yaşamalıdır.

Ən çox oxunanlar
Son xəbərlər