Putinlə Ərdoğanın hamını şoka salacaq planı... – Razuvayev
Baxılıb: 285 Tarix: 01-10-2021 12:23
Putinlə Ərdoğanın arasını vurmaq istəyənlərin sayı hədsiz çoxdur. Rusiya ilə Türkiyə vaxtilə bir-biri ilə çox vuruşan, amma indi dirçəlməkdə olan iki imperiyadır. Məhz bu fakt çoxlarının yuxusuna haram qatıb.
Qanunvehedef.az xəbər verir ki, Bu barədə Axar.az-a açıqlamasında rusiyalı ekspert Aleksandr Razuvayev bildirib.
“Ermənistan və Yunanıstan kimi kiçik oyunçulardan kollektiv Qərbə qədər, bu əməkdaşlıqdan narahat olan çoxları var. Burada hər iki ölkənin liderlərindən çox şey asılıdır. Hazırkı vəziyyətdə Moskva ilə Ankara arasında bölüşdürülə bilməyən heç nə yoxdur. Tarix də göstərdi ki, Rusiya İmperiyasının Balkan xalqlarının İstanbula qarşı mübarizəsinə dəstək siyasəti yanlış olub. Ən parlaq nümunə kimi Bolqarıstanı göstərmək olar – hər iki Dünya müharibəsi zamanı Rusiyaya qarşı döyüşüb, son illərdə isə Rusiya üçün qaz məsələlərində çox mürəkkəb tərəfdaş olub.
Onu da unutmaq olmaz ki, müasir Rusiyada türk respublikaları da var – Tatarıstan, Başqırdıstan, Yakutiya və s. Əlbəttə ki, ruslar üçün başqırdlar və yakutlar xristian ermənilərdən daha yaxın olacaq.
Rusiya-Türkiyə danışıqlarının əsas mövzusu Rusiya-Türkiyə ticarət-iqtisadi tərəfdaşlığı, Suriya, Liviya, Əfqanıstan və əlbəttə ki, Qafqazdakı vəziyyət olub. Əsas məqam isə iqtisadiyyatdır. Rusiya sanksiyalar altında olsa belə, kəsirləri xammal bazarlarında olan hərəkətlilik ilə kompensasiya edir”, - politoloq deyib.
Onun sözlərinə görə, Putinlə Ərdoğan dünyanı şoka sala biləcək bir ideyanı gerçəkləşdirə bilərlər:
“Belə ki, onlar Aİİ ölkələri və Türkiyə, İran, Özbəkistan və Azərbaycanın daxil olacağı vahid bir xidmət və kapital bazarını yarada bilərlər. Yeni Vahid İqtisadi Məkanı birləşdirə biləcək vahid rəqəmsal valyutanın da yaradılacağı şərti ilə. Bu, iqtisadi qərardan daha çox siyasi məsələdir. Moskva ilə Ankaranın arasını vurmaq istəyənlərə isə bir şeyi deyə bilərəm ki, sizdə heç nə alınmayacaq, hətta cəhd də etməyin. Putin və Ərdoğan çox ağıllı liderlərdir və heç vaxt milli maraqlara zidd, üçüncü ölkələrin maraqlarına uyğun bir şey etməzlər. Bu iki lider ucuz təxribatlara uymayacaqlar”.
Ən çox oxunanlar
Son xəbərlər