Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Azərbaycanla yeni hərtərəfli saziş... - Aİ rəsmisi

Baxılıb: 570     Tarix: 06-10-2021 15:34   

Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması bizim əsas prioritetimiz olacaqdır. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaqdır.
Qanunvehedef.az xəbər verir ki, bunu oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.
"Avropa İttifaqı "Şərq tərəfdaşlıq" proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır. Biz gözlənilən "Şərq tərəfdaşlığı" sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik", - o bildirib.



{sape_links}{sape_article}