Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Şirkətlərimiz Qarabağın bərpası prosesində iştirak etməkdə maraqlıdır" - Rumıniya XİN

Baxılıb: 370     Tarix: 11-10-2021 13:38   

“Rumıniya şirkətləri Qarabağın bərpa və inkişaf prosesində iştirak etməyə dəvət olunarsa, bu, şübhəsiz ki, onlarda böyük maraq oyadacaq”.
Bunu “Report”un sorğusuna cavab olaraq Rumıniya Xarici İşlər Nazirliyindən bildiriblər.
“Əminik ki, Rumıniya şirkətlərinin Qarabağın bərpasında iştirakı mövzusu Azərbaycan ilə gələcək ikitərəfli təmaslarımızın gündəliyinə daxil ediləcək”, - Nazirlikdən deyiblər.
Rumıniya XİN həmçinin Qarabağın böyük potensiala malik olduğunu qeyd edib: “Azərbaycan hökumətinin bu istiqamətdə bərpa səylərini diqqətlə izləyirik. Bilirik ki, Azərbaycan hökuməti dəymiş zərərin və bərpa ehtiyaclarının kompleks qiymətləndirməsini aparır. Əldə edilmiş nəticələr son dərəcə faydalı olacaq”.

Qanunvehedef.az



{sape_links}{sape_article}