Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Ehtiyat edirdim ki, Prezident məni tanımaz” - Qara Qarayev

Baxılıb: 245     Tarix: 19-10-2021 12:48   
“Öncəliklə Prezident İlham Əliyevə səmimi görüşə görə təşəkkür edirəm. Bilirəm ki, məni tanıyırdı və xoş münasibəti üzərimdə daha çox məsuliyyət yaratdı. İşimə bir az daha ciddi yanaşmağıma təsir etdi”.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.
Oktyabrın 17-də Füzulidə ölkə başçısı ilə görüşən futbolçu təəssüratlarını bölüşüb:
“Bir az ehtiyat edirdim ki, cənab Prezident məni tanımaya bilər. Çünki 2017-ci ildən sonra görüşümüz olmamışdı. Amma sağ olsun Prezident yadından çıxarmayıb və səmimiyyət göstərdi. Bizim dialoqumuz oldu. Hətta “Qarabağ”la da maraqlandı və işlərin necə getdiyini soruşdu. Dedi ki, mənim adımdan bütün klub üzvlərinə salamımı çatdır”.
Q.Qarayev məcburi köçkün kimi çıxdığı şəhərə belə qayıtmasının əvəzedilməz hiss olduğunu bildirib:
“Mən 27 il öncə oradan çıxarkən 1 yaşım var idi və maşının arxasında heç bir şeyi olmadan tərk etmişdik Füzulini. Amma indi ora Prezidentin seçdiyi bir şəxs kimi qayıtdım və bu əvəzolunmaz hissdir. Həm də Füzulinin işğal altından azad olunması günü idi. Heç kim düşünməzdi ki, belə əlamətdar gündə ölkə başçısı İlham Əliyevlə orada görüşəcəm, amma bu mənə qismət oldu”.
Millimizin üzvü Füzuli rayonunun gözəlliyindən söz açıb: “Mənim rayonumuzu görməyə yaşım çatmayıb. Ancaq Füzuli danışılandan, şəkildə görüləndən, videolarda göründüyündən daha gözəldir. Bütün Qarabağ gözəldir, amma doğulduğun yerin insana mənəvi yaxınlığı bir başqadır. Füzulinin dərələri, dağları, təpələri də çox gözəldir. Yeni layihələr var və tikinti işləri davam edir. Hava limanı, binalar, yeni iaşə obyektləri tikildikdən sonra rayonun gözəlliyinin üstünə yeni gözəlliklər əlavə olunacaq”.
Qarayev uşaq vaxtı çıxdığı evlərinə gedə bilmədiyini əlavə edib: “Həmin evə gedə bilmədim, çünki minalar hələ də qalır. Amma evimizin fotoları məndə var. Yalnız 5 daşdan ibarət bir divarı qalıb”.
шаблоны для dle 11.2