Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Noyabrın 9-da Moskvada Azərbaycanla Ermənistan iki yeni sənəd imzalayacaq

Baxılıb: 259     Tarix: 23-10-2021 11:25   
  
Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanması gözlənilir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Aliq Media” “etibarlı diplomatik mənbələrə” istinadən yazıb.
Bildirilir ki, son anda fors-major vəziyyət yaranmazsa, demək olar ki, yekun olan iki sənəd Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanacaq.
“Birinci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyasına aiddir. SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illərin xəritələrinə əsasən, Bakı ilə İrəvan bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq. Vladimir Putinin dünən bu kartları xatırlatması təsadüfi deyildi.
Baş nazirlərin müavinləri səviyyəsində bu yaxınlarda keçirilmiş Rusiya-Azərbaycan-Ermənistan görüşü nəticəsində demək olar ki, yekun razılığın əldə edildiyi ikinci sənəd regionda kommunikasiyaların, xüsusən də Azərbaycan və Naxçıvan arasında dəhlizin açılmasına aiddir.
9 noyabr xüsusi olaraq seçilib. 2020-ci ilin bu günündə Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti Rusiya Prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalayıblar”,  - deyə KİV orqanı yazır.
Qeyd olunur ki, bu gün “Aliq Media” imzalanacaq iki sənəd haqqında daha ətraflı məlumat verəcək.









{sape_links}{sape_article}