Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirib

Baxılıb: 259     Tarix: 23-10-2021 15:09   

Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında sammitin keçirilməsi ilə bağlı razılıq əldə olunsa, Kreml bu barədə dərhal məlumat verəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, mətbuatda noyabrın birinci on günlüyündə Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyi və üçtərəfli bəyanatın imzalanacağı ilə bağlı məlumat yayılıb.
Məlumata əsasən, noyabrın 9-da Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki sənəd imzalanacaq.
Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını, ikinci sənəd isə regionda kommunikasiya əlaqələrinin açılmasını, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək.

Qanunvehedef.az



{sape_links}{sape_article}