Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Fransa Milli Assambleyasının hərəkəti Milli Məclisdə tənqid olundu

Baxılıb: 362     Tarix: 23-11-2021 11:28   

Milli Məclisin növbəti  plenar iclası öz işinə başlayıb. 
Qanunvehedef.az xəbər verir ki, deputatlar cari məsələlər zamanı çıxışlarında ötən gün Fransa Milli Assambleyasında erməni separatçılarının qəbul edilməsi məsələsini sərt tənqid ediblər.
Deputat Soltan Məmmədov bildirib ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanat müharibəyə son qoymaqla regionda sülh, və əməkdaşlıq üçün yeni imkanlar açıb: "Dağlıq Qarabağ münaqişəsi başa çatıb və bölgədə yeni mərhələnin başlanması üçün tarixi fürsət yaranıb. Təəssüf ki, bəzi dövlətlər heç bir sağlam məntiqə sığmayan addımları ilə bu tarixi fürsətə mane olmağa çalışır.
Rusiya slühməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndələrinin Fransa senatında respublikaçılar fraksiyasının rəhbəri, Valans şəhərinin meri və Ron-Alp regionunun Qrenobl rayonunun rəsmiləri səviyyəsində qəbul edilməsi, Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirə bilməməyin və kili standartarın təzahürüdür. Yerli hökumət nümayəndələrinin xarici siyasət sahəsində atdıqları addımlar ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Vətən müharibəsi dövründə, müharibədən sonra və bu gün nümayiş etdirdiyi mövqe Azərbaycan cəmiyyətində və hökumətində haqlı suallara səbəb olub. Biz bu suallara indi də cavab ala bilməmişik. Fransa Parlamentinin hər iki palatası qərəzli və beynəlxalq hüquqazidd qətnamələr qəbul edib. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Fransanın müxtəlif şəhər və bölgələri işğalda olan ərazilərlə 28 qeyri-qanuni “sənədlər” imzalayıb. Səfirliyimizin fəaliyyəti nəticəsində bunlardan 11-i məhkəmə qərarları ilə ləğv edilib, 2-si barədə isə məhkəmədə iddia qaldırılıb"-o qeyd edib.
Deputat əlavə edib ki, Azərbaycan 44 günlük müharibə nəticəsində  ərazi bütövlüyünü bərpa edib. İndiki mərhələdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti yalnız Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına xidmət edə bilər: "Hesab edirəm ki, Fransanın bəzi dövlət qurumları bu cür qərəzli addımlar atmaqdansa Fransa səfirinin işğaldan azad olunmuş Ağdama dünənki səfəri zamanı gördükləri dağıntılarla əlaqədar təəssüratlarını öyrənsəydilər, daha düzgün olardı.
Bu günlərdə Fransada Azərbaycana dost fransız deputatlarla birlikdə Azərbaycanın Zəfər gününə həsr olunmuş tədbirlərdə iştirak zamanı noyabr ayının 23-də Fransa Senatında senatın prezidentinin himayəsi və Ermənistan parlament nümayəndə heyətinin iştirakı ilə “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qərəzli qətnamənin qəbul edilməsinin ildönümünə həsr olunmuş tədbirin keçirilməsi məlumatını əldə etdik. Bu, bir daha Fransanın münasibətinin nə qədər qərəzli olduğunu və Minsk Qrupunun həmsədri kimi öz öhdəliklərini yerinə yetirə bilmədiyini göstərir".
Deputat Qüdrət Həsənquliyev bildirib ki, Fransa həmişə müsəlman və türklərə qarşı riyakar siyasəti ilə fərqlənib: "Bu ölkədən soruşmaq lazımdır ki, Donbassda olan separatçıları niyə qəbul etmirsiniz?!  Separatizmə dəstək olmağın adı nədir? Ləyaqət davası edən dövlət niyə ləyaqətsiz çıxış edir?  Onların riyakar mənəviyyatsız siyasəti müharibədə canların getməsinə səbəb oldu. Azərbaycan özünü ifşa etmiş bir ölkəni Minsk qrupundan kənarlaşdırmalıdır".
Deputat Hikmət Məmmədov da Fransa rəsmilərinin addımlarının təəccüb doğurduğunu vurğulayıb: "Onların dövlət nümayəndələri kimi bu addımları beynəlxalq qanunvericiliyə ziddir. Azərbaycan belə hallarda diplomatik nota verir.  Burada dövlət səviyyəsində razılaşma var. Əks halda Fransa parlament sədri bunu öz tvitter hesabında şəkillər qoyub paylaşmazdı. Hamı bilir ki Azərbaycan bu mövzuda həssasdır".шаблоны для dle 11.2