Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verdi

Baxılıb: 360     Tarix: 23-11-2021 11:32   

Azərbaycan Xarici İşlər Nazirliyi Şimali Makedoniyaya başsağlığı verib.
Qanunvehedef.az xəbər verir ki, XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir:
“Bolqarıstanın qərbində avtobus qəzası nəticəsində əksəriyyəti Şimali Makedoniyadan olan turistlərdən ibarət onlarla insanın həlak olması ilə bağlı xəbər bizi çox kədərləndirdi. Faciəvi qəzada həlak olanların ailələrinə, Şimali Makedoniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”.
Qeyd edək ki, Bolqarıstanın paytaxtı Sofiyanın qərbində Şimali Makedoniyaya məxsus avtobus yanıb. İlkin məlumata görə, yanğın zamanı azı 46 Şimali Makedoniya vətəndaşı ölüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}