“SÜLHMƏRALILAR ERMƏNİSTANA KÖÇÜRÜLƏ BİLMƏZ...” – “Onların aqibəti ilə bağlı Azərbaycanla danışıqlar aparırıq”
Baxılıb: 610 Tarix: 11-10-2023 14:24
Ermənistan suverenlik, bərabərlik və qarşılıqlılıq əsasında Azərbaycan və Türkiyə ilə regional kommunikasiyaları açmağa hazırdır.
Bu barədə Baş nazir Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
Sərhədlərin delimitasiyasına və Azərbaycanın 8 kəndi qaytarmaq tələblərinə toxunan Paşinyan qarşılıqlı iddialar irəli sürüb. "Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim də 8 kənd məsələmiz var, çünki elə həmin Tavuş sərhədində bizim Azərbaycan tərəfindən işğal edilmiş ərazilərimiz var: Berkaber, Ayqeovit, Vazaşenum, Paravakar və digər kəndlər. Biz anklavlar haqqında danışanda deməliyik ki, 28.800 kv. km-ə (Ermənistan ərazisi) daxil olan Artsvaşen də buraya aiddir", deyə Paşinyan qeyd edib.
Paşinyan Ermənistanın "3+3" formatında görüşlərə hazır olduğunu bildirib, bu formatda növbəti görüşün Tehranda keçirilməsi haqqında razılıq əldə olunduğunu qeyd edib. O, bu formatda danışıqların hansı səviyyədə olmalı olduğuna dəqiqlik gətirilməsi zərurətinə toxunub.
Qarabağda Rusiya sülhməramlılarının gələcək aqibətinə toxunan Paşinyan deyib ki, Rusiya Azərbaycanla bu məsələ ilə bağlı danışıqlar aparır. "Sülhməramlılar getsə, onların Ermənistandan və ya Azərbaycandan keçib gedəcəyi prinsipial məsələ deyil, lakin sülhməramlı kontingentin Ermənistan ərazisində yerləşdirilməsi üçün heç bir hüquqi əsas yoxdur", deyə Paşinyan bildirib.
Rusiyanın 102-ci hərbi bazasının gələcəyi haqqında suala cavabda Baş nazir bazanın qalacağını təsdiq edib. Ermənistan RF-nin 102-ci hərbi bazasının və Rusiya sərhədçilərinin ölkədə qalması məsələsini qaldırmır, belə ki, onların Ermənistanda qalması üçün bütün hüquqi əsaslar var. (Turan)
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər