"Ali Baş Komandanın prezidentliyin 20-ci il dönümündə bu tarixi anları biz yaşadıq" - DEPUTAT
Baxılıb: 563 Tarix: 16-10-2023 13:59
"Azərbaycan öz tarixinin ən parlaq günlərini yaşayır. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və qüdrətli ölkələrindən birinə çevrilmişdir. Bu gün Azərbaycan artıq suverenliyini tam-təmin etmiş bir dövlətdir. Əlbəttə, 15 oktyabr 2023-cü il Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi olaraq tam qələbə tarixini yazmış oldu. Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 15 oktyabr 2023-cü il tarixdə, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda Azərbaycanın üçrəngli bayrağını ucaltdı".
Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat bildirib ki, Azərbaycan prezidenti cənab İlham Əliyev elə 20 il bundan əvvəl 15 oktyabr 2003-cü ildə ilk dəfə prezident seçilərkən qeyd etmişdir ki, bundan sonra ölkəmizdə daha güclü və qüdrətli Azərbaycan qurmaq üçün Heydər Əliyev siyasətini davam etdirəcək:
"Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin edəcək. 20 ilin tamamında bu tarixi günləri biz yaşadıq. Bu tarixi hadisələr ümumilli liderimizin anadan olmasının Heydər Əliyevin 100-cü il dönümündə və cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci il dönümündə baş verməsinin xüsusi bir anlamı var. Çünki vaxtilə Ulu Öndərimiz müstəqilliyimizin əldən getməsinin, parçalanmasının, ölkəmizin xilaskarlıq prinsipini yerinə yetirmişdirsə, cənab İlham Azərbaycan torpaqlarının işğaldan azad olunmasını təmin etdi. Artıq suverenliyimiz bütün Azərbaycanın hər yerində bərpa olundu. Biz qeyd edə bilərik ki, bu parlaq günləri bizə yaşadan bütün sahələrdə ölkəmizin inkişafı və Azərbaycanın qələbəsidir qazanmasının məhz müəllifi cənab İlham Əliyevdir".
Yekun olaraq deputat qeyd edib ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində qələbə qazanaraq təkcə Ermənistan üzərində deyil, onun havadarları və erməni lobbisi üzərində qələbə qazandı: "Azərbaycan hər zaman sülhün, əmin-amanlığın təmin olunmasının tərəfdarıdır. Bu gün Azərbaycan regionda sülh olması üçün əlindən gələni edir. Bundan sonra hər hansı bir qüvvə revanş düşüncəsinə düşərsə, Azərbaycana qarşı hər hansı bir iddia irəli sürərsə onların aqibəti acınacaqlı olacaq. Artıq Azərbaycan güclü və qüdrətli dövlətdir. Bundan sonrakı mərhələdəAzərbaycan artıq cənab İlham Əliyevin rəhbərliyi daha güclü olmaq naminə inamla qarşıya qoyulan bütün hədəflərə çatacaqdır".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər