Xəbər lenti
18/09/2024 [11:59]
Ölkəmizə payız gəlir
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda MDB ölkələrinin iclası keçirilib

Baxılıb: 545     Tarix: 17-10-2023 15:19   

Oktyabrın 17-də Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası Bakı şəhərində keçirilib.
Qanunvehedef.az xəbər verir ki, iclasda MDB üzv dövlətlərinin xüsusi xidmət orqanlarının şifrələmə və qapalı rabitə xidmətləri üzrə nümayəndə heyətləri iştirak ediblər.
30-cu iclas Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə həyata keçirilib.
Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev çıxış edib. İ. Musayev Azərbaycan Respublikasının rəhbərliyi adından iclas iştirakçılarını salamlayıb, onlara uğurlar arzu edib.
İclas iştirakçıları hökumət, qapalı və xüsusi rabitə sistemləri, eləcə də şifrələmə vasitələri üzrə əldə edilmiş təcrübə, elmi-texniki nailiyyətlərin tətbiqi, dövlətlərarası əməkdaşlığın genişləndirilməsi, müvafiq ixtisaslı kadrların hazırlanması və digər məsələləri müzakirə ediblər.
Koordinasiya Şurasının 30-cu iclası zamanı səsvermə əsasında sözügedən Şuranın sədrinin müavini və aparatının sədri seçilmiş, iclasın yekunlarına dair protokol imzalanıb.




Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar