Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Baş prokuror Kamran Əliyev Çində səfərdədir - Foto

Baxılıb: 864     Tarix: 18-10-2023 13:08   

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində keçirilən Şəffaf İpək Yolu Forumunda iştirak edir.
Qanunvehedef.az xəbər verir ki, nümayəndə heyəti tərəfindən Azərbaycanın Pekindəki səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub.
Daha sonra nümayəndə heyəti 30-dan çox ölkənin korrupsiyaya qarşı mübarizə qurumlarının, beynəlxalq təşkilatların və şirkətlərin iştirak etdiyi Tematik Forumda iştirak edib. Çinin Milli Təftiş Komissiyasının sədri Liu Jinguo Forum iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı mübarizdən danışıb. Baş prokuror ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpa olunduğunu, otuzillik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edib.
Səfər çərçivəsində Baş prokuror Çin, Özbəkistan, Malayziya, Pakistan, Qazaxıstan, Belarus, Argentina, Kamboca, Misir və sair ölkələrdən olan həmkarları ilə görüşlər keçirib




Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar