Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Moskva Paşinyanın AP-də çıxışını təxribat kimi qiymətləndirir

Baxılıb: 734     Tarix: 18-10-2023 13:45   

“Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Bu, xüsusilə çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə dair hissəsinə aiddir”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə TASS Moskvadakı yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb.
“Paşinyan iri addımlarla Volodimir Zelenskinin yolunu gedir. Ermənistanı da Moldova kimi üçüncü Ukraynaya çevirməyə çalışırlar”, - mənbə bildirib.
Qeyd olunur ki, Paşinyan Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Ermənistanın təhlükəsizlik sahəsində müttəfiqləri Qarabağla bağlı məsələdə açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırıblar. Lakin o, bu cür çağırışların hansı müttəfiqlər tərəfindən edildiyini açıqlamayıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}