Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Naxçıvanda Türkiyə-Azərbaycan birgə təliminə hazırlıq məşqləri keçirilir - VİDEO

Baxılıb: 512     Tarix: 20-10-2023 09:57   

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə hazırlıq məşqləri davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) təlimə cəlb olunan bölmələri daimi dislokasiya məntəqələrini tərk edərək ərazidə yerdəyişmə etməklə texnikanın döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra ediblər.
İki qardaş ölkənin hərbi qulluqçularının, döyüş texnikası və aviasiya vasitələrinin cəlb edilməsi ilə 23-25 oktyabr tarixlərində keçiriləcək birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.



Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking