Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Fransa mədəniyyət nazirinin Azərbaycan əleyhinə boğazdan yuxarı bəyanatlar verməsi qəbuledilməzdir" - POLİTOLOQ

Baxılıb: 712     Tarix: 27-10-2023 14:37   

Fransanın Azərbaycana qarşı təxribat xarakterli bəyanatlarına yenisi əlavə edilib və bu ölkənin mədəniyyat naziri öz həddini aşan açıqlamalar verib. Rima Əbdül Mələk Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırıb və onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış edib. Fransanın Azərbaycanı etnik-mədəni irsin məhv edilməsi ilə ittham etməsi gülünc bir vəziyyətdir.
Qanunvehedef.az xəbər verir ki, məsələ ilə bağlı BiG.AZ-a danışan politoloq Tural İsmayılov bildirib ki, Bu gün Azərbaycanın haqlı tələblərini gözardına Fransa və ətrafındakı qüvvələr vəziyyəti, situasiyanı gərginləşdirməklə məşğuldurlar:
" Əslində, uzun illərdir Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən etnik və vandal hücumlarına qarşı təəssüflər olsun kİ, Fransa heç addım atmayıb. Azərbaycan tərəfindən dəfələrlə UNESCO-ya çağırışlar edilsə də, içğal altında olan ərazilərdə, eyni zamanda Qərbi Azərbaycan tarixi-mədəniyyət irsinin soyqırımına məruz qalmağı faktına qarşı heç bir addımlar atılmır. Bu konteksdə Fransa mədəniyyət nazirinin Ermənistandan Azərbaycan əleyhinə boğazdan yuxarı bəyanatlar verməsi əsla qəbul edilən bir hadisə deyil".
Politoloqun sözlərinə görə Fransa mədəniyyət naziri bu gün müstəmləkələrdə, adalarda həyata keçirdiyi kultural soyqırımı aktlarına yaşıl işıq yandırmaqla məşğuldur: "Dünyanın hər yerinə mədəni soyqırımlar törədən bir ölkənin mədəniyyət nazirinin siyasi dairələr kimi gedib Ermənistan ərazisindən Azərbaycan əleyhinə yalan dolu iftiraları səsləndirməsi Fransanın bütün məmurlarının, rəsmilərinin nə qədər "fake news" çirkabında olduğunu göstərir. Hesab edirəm ki, Fransa mədəniyyət naziri bu açıqlamaları ilə olmayan nüfuzunu növbəti dəfə itirmiş oldu".
Xatırlatmaq istəyirik ki, Fransa bu cür məsuliyyətsiz bəyanatlar vermək əvəzinə regionda sülhün və sabitliyin yaranmasına mane olan Ermənistanı dəstəkləmək və silahlandırmaq kimi məkrli siyasətinə son qoyması daha faydalı olardı.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar