Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Hikmət Hacıyev Qarabağdan səfərdən qayıdan xarici səyyahlarla görüşüb

Baxılıb: 350     Tarix: 07-11-2023 12:41   

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağdan səfərdən qayıdan xarici səyyahlarla görüşüb.
"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
“Qarabağ-2023 Ekspedisiyası” çərçivəsində “Nomadmania Group”un beynəlxalq səyyah və səyahət bloqçularının işğaldan azad edilmiş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Füzuliyə səfərindən sonra görüşdən, onları Azərbaycanın regional sülh gündəmi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, həmçinin humanitar minatəmizləmə layihələri ilə bağlı məlumatlandırmaqdan məmnunam. Xarici səyyahlar və səyahət bloqçularının Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərlərini təşkil etdiyinə görə azərbaycanlı səyyah Mehrac Mahmudova təşəkkür edirik", - paylaşımda qeyd olunub.


Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}